Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 385 Bakı şəhəri, 10 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli, “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə vergi­nin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə ni­şanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 40 nömrəli, “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarıl­masına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli 132 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr ta­rixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likasının 2020-ci il 8 may tarixli 89-VIQD nömrəli Qanunu­nun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli 421 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1046 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773; 2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; 2019, № 4, maddə 781, № 7, maddə 1319; 2020, № 4, maddə 480) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 25-ci hissəsinin yeddinci abzasının birinci cümləsində “Vergilər Nazirliyinə” sözləri “İqtisadiy­yat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470, № 9, maddə 819, № 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2 (II kitab), maddə 389, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 7, maddə 1499, № 12 (II kitab), maddə 2525; 2018, № 12 (II kitab), maddə 2760; 2019, № 3, maddə 516, № 4, maddələr 763, 781, № 8, maddə 1478; 2020, № 3, maddə 369) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.18-ci bəndində “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188; 2008, № 1, maddə 46; 2009, № 10, maddə 853; 2016, № 4, maddə 780; 2018, № 7 (II kitab), maddə 1625; 2019, № 1, maddə 158, № 3, maddə 545) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adına və 1-ci hissəyə “verginin” sözündən sonra “və məcburi dövlət sosial sığorta haqqının” sözləri əlavə edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respub­likasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.2.1. adına və 1.1-ci bəndə “verginin” sözündən sonra “və məcburi dövlət sosial sığorta haqqının” sözləri əlavə edilsin;

3.2.2. 2-ci hissə üzrə:

3.2.2.1. adına “ödənilməsi” sözündən əvvəl “və məcburi dövlət sosial sığorta haqqının” sözləri əlavə edilsin;

3.2.2.2. 2.1-ci bəndində “hesablanır və” sözləri “, məcburi dövlət sosial sığorta haqqı isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.10-cu və 14.5.1-2-ci maddələrində nəzərdə tutulmuş qaydada hesablanaraq” sözləri ilə əvəz edilsin;

3.2.3. 3-cü hissə üzrə:

3.2.3.1. 3.1-ci, 3.5-ci, 3.7-ci, 3.8-ci və 3.9-cu bəndlərində ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

3.2.3.2. 3.3-cü bəndinə “vergi” sözündən sonra “, habelə fəaliyyətini həyata keçirdiyi ərazidən asılı olaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.1-1.10-cu və 14.5.1-2-ci maddələrində nəzərdə tutulmuş qaydada məcburi dövlət sosial sığorta haqqı” sözləri əlavə edilsin;

3.2.3.3. 3.6-cı bəndinə “vergilər” sözündən sonra “və məcburi dövlət sosial sığorta haqqı” sözləri və “verginin” sözündən sonra “və məcburi dövlət sosial sığorta haqqının” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 858; 2008, № 7, maddə 683; 2018, № 8, maddə 1809) ilə təsdiq edilmiş “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş ödəmə mənbəyində vergi” sözləri “ödəmə mənbəyində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqı” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyun tarixli 194 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.2.1.4-cü yarımbəndə “sağlamlıq imkanları məhdud” sözlərindən sonra “18 yaşınadək” sözləri əlavə edilsin və həmin yarımbənddə “(alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla)” sözləri “torpağın sahəsindən asılı olaraq,” sözləri ilə əvəz edilsin;

5.2. 1.2.1.7-ci yarımbəndə “gəlirlərindən” sözündən sonra “(xərclər çıxılmaqla)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

14 Oktyabr 2020 02:41 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə