Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 384 Bakı şəhəri, 10 oktyabr 2020-ci il

“Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi Qaydası”nın və “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nın təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 55; 2008, № 6, maddələr 584, 586; 2010, № 6, maddə 566; 2020, № 4, maddə 481) ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlan­ması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”na aşağıdakı məzmunda 20-1-ci hissə əlavə edilsin:

“20-1. “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin qanköçürmə şöbəsi”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

14 Oktyabr 2020 02:40 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə