• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra malların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra malların satınalınması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR

Tender 5 lot üzrə keçirilir.
Lot-1. 221100. “Dəftərxana və təsərrüfat xərcləri” xərc maddəsi üzrə malların satınalınması.
Lot-2. 221310. “İdarənin xərcləri” xərc maddəsi üzrə malların satınalınması.
Lot-3. 225411. “İnventarın alınması” xərc maddəsi üzrə malların satınalınması.
Lot-4. 225412. “Avadanlığın alınması” xərc maddəsi üzrə malların satınalınması.
Lot-5. 311220. “Digər maşın və avadanlıqlar” xərc maddəsi üzrə malların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
–aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Tenderdə iştirak etmək istəyənlər 1-ci lot üçün 300 (üç yüz) manat, 2-ci lot üçün 200 (iki yüz) manat, 3-cü lot üçün 350 (üç yüz əlli) manat, 4-cü lot üçün 200 (iki yüz) manat, 5-ci lot üçün isə 300 (üç yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-Samir Məmmədovdan, tel: (+99412) 465 73 48 (daxili 141)) ala bilərlər:
Təşkilat: Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 
Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZАZ 2Х
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak üçün yazılı müraciət; 
- iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır); 
- tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır); 
- iddiaçılar haqqında tələb olunan sənədlər: 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- sənədlər təqdim olunan vaxta DSMF-yə verilmiş hesabatın surəti və DSMF-nin arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- son iki ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 1 noyabr 2018-ci il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 noyabr 2018-ci il saat 17.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14 noyabr 2018-ci il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

15 Oktyabr 2018 22:20 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Noyabr 2018 | 23:51
Kapital Bank
16 Noyabr 2018 | 23:46
B İ LD İ R İ Ş
16 Noyabr 2018 | 00:05
Bid for the Construction
16 Noyabr 2018 | 00:05
B İ L D İ R İ Ş
16 Noyabr 2018 | 00:05
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin