Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan güləşçisi Olimpiya çempionudur

Azərbaycan güləşçisi Olimpiya çempionudur

Argentinanın paytaxtı Buenos-Ayresdə finişə yaxınlaşmaqda olan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı sərbəst üsulla güləşən Turan Bayramov qazandırmışdır.
Təmsilçimiz yarışın qrup mərhələsində Yeni Zelandiya və Pakistan idmançılarına qalib gəlib finala çıxmış, həlledici görüşdə isə digər qrupun ən güclüsü İran güləşçisi üzərində qələbə qazanaraq 65 kq çəki dərəcəsində Olimpiadanın çempionu olmuşdur.
Olimpiya startlarında iki boksçumuz isə yarımfinala çıxmışdır. Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq) artıq finalın astanasındadırlar.
Hər iki həmvətənimiz ilkin görüşlərdən qalib ayrılmışdır. İndi onları qızıl medal uğrunda mübarizədən cəmi bir qələbə ayırır. Yarımfinal görüşləri bu gün keçiriləcək.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

15 Oktyabr 2018 22:17 - İDMAN
İDMAN
15 Noyabr 2019 | 22:16
55-ci het-trik
14 Noyabr 2019 | 01:26
“Son qərar Messinindir”
13 Noyabr 2019 | 00:35
İlin ən yaxşı oyunçusu
8 Noyabr 2019 | 23:15
Benzema Messiyə çatdı
8 Noyabr 2019 | 00:53
Ronaldo Maldiniyə çatdı
6 Noyabr 2019 | 22:52
Salah üçün 130 milyon avro

Köhnə versiyamızdan xəbərləri izlə