• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki şəhərində gənclərin zona toplantısı

Şəki şəhərində gənclərin zona toplantısı

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, müxtəlif dövlət qurumlarının nümayəndələri, şəhər rəhbərliyi, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının fəal gəncləri iştirak ediblər. Bu barədə nazirlikdən məlumat verilib.
Toplantı iştirakçıları öncə ulu öndər Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini yad ediblər.
Sonra teatrın foyesində “Gənclərin iştirakçılığı, təşəbbüs və yaradıcılığı” adlı sərgi ilə tanış olublar.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bildirib ki, Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində reallaşan zona toplantısının əlamətdar bir zamanda – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 iliyinin böyük təntənə ilə qeyd edildiyi bir dövrdə keçirilir. Bu da özlüyündə rəmzi məna daşıyır. 
İntiqam Babayev çıxış edərək deyib ki, bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi dövlətimizin başçısının tariximizə, zəngin dövlətçilik ənənələrimizə, milli-mədəni irsimizə olan hörmət və diqqətinin bariz nümunəsidir. Nazir müavini bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində gənclik mövzusu yenə də əsas prioritet istiqamətlərdən biri hesab olunur. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının stimullaşdırılması üçün hərtərəfli şərait yaradılıb. 
Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsi müdirinin müavini Ruslan Əsgərov, Azərbaycan Respublikası Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və başqaları çıxış edərək, ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, toplantı iştirakçılarının sualları cavablandırılıb.
Sonda Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiqlənib.

Ü.VAHİDQIZI, 
“Xalq qəzeti”

15 Oktyabr 2018 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin