• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kimyəvi silahlarla bağlı sanksiya tətbiqinin yeni qaydaları təsdiqlənib

Kimyəvi silahlarla bağlı sanksiya tətbiqinin yeni qaydaları təsdiqlənib

Avropa İttifaqı kimyəvi silahların yaradılması və tətbiqinə görə məsuliyyət daşıdığı ortaya çıxarılan hüquqi və fiziki şəxslərə qarşı sanksiya tətbiqinin yeni prosedurunu təsdiq edib. TASS-ın yaydığı xəbərdə bildirilir ki, prosedur Aİ-yə üzv olan 28 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə həyata keçirilib.
Avropa İttifaqı Şurasının Mətbuat Mərkəzinin məlumatında qeyd edilir ki, şura kimyəvi silahların tətbiqi və yayılması problemini həll etmək üçün məhdudlaşdırıcı tədbirlər tətbiqinin yeni rejimini qəbul edib.
Qeyd edək ki, bu il iyunun sonunda Böyük Britaniya və ABŞ-ın təşəbbüsü ilə Suriyada hökumət qoşunları tərəfindən kimyəvi silahların tətbiqi barədə iddialarla, habelə “Skripal qalmaqalı” ilə bağlı keçirilən Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının Haaqadakı fövqəladə sessiyasından bir gün sonra sözügedən tədbir haqqında qərar verilmişdi.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

15 Oktyabr 2018 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin