• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dmitri Peskov: Prezidentlərin Helsinki görüşü diplomatik nəzakət çərçivəsindən kənara çıxmayıb

Dmitri Peskov: Prezidentlərin Helsinki görüşü diplomatik nəzakət çərçivəsindən kənara çıxmayıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Helsinki görüşü, həqiqətən də, sərt olub, ancaq yalnız müzakirə olunan məsələlər nöqteyi-nəzərindən. Bu barədə jurnalistlərlə söhbətində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı “Lenta.ru” verib. 
Peskov ABŞ Prezidenti Donald Trampın bu günlərdə CBS telekanalına müsahibəsi zamanı bəyan etdiyi Finlandiya paytaxtında baş vermiş “böyük sərtlik” məsələsinə aydınlıq gətirərək deyib: “Sammitdə bütün məsələlər açıq şəkildə qoyulurdu, bu mənada görüş, həqiqətən də, sərt idi, çünki hər iki prezident bizim ikitərəfli münasibətlərimizdəki problemlər barədə kifayət qədər açıq danışırdı, -- deyə Kreml nümayəndəsi qeyd edib. – Bütün problemlər açıq şəkildə, öz adı ilə deyilirdi, bəli, bu planda, onu sərt hesab etmək olar. Əgər danışıqların tərzi haqqında desəm, – söhbətlər diplomatik nəzakət çərçivəsindən kənara çıxırdımı – xeyr, çıxmırdı, hər şey çərçivədə idi”. 
Mətbuat katibi xatırladıb ki, sammitdə məsələlərin birbaşa qoyuluşu barədə əvvəllər prezident Putin də mətbuat konfransında danışıb. 
Qeyd edək ki, jurnalistin Rusiya prezidentini tənqid etməkdən çəkinməsinin səbəbi barədə sualına cavabında ABŞ prezidenti bəyan edib ki, Putinə qarşı həmişə sərt davranıb: “Siz bilmirsiniz, mən mətbuat konfransından əvvəl Putinlə nə danışdım. Ukraynaya ağır silahları, tank əleyhinə sistemləri məhz mən vermişəm. Ancaq məndən əvvəlki prezident Barak Obama bu addımı atmaqdan çəkinib, eyni zamanda, Ukraynanın bir hissəsini Rusiyaya verib. Düşünürəm ki, onunla davranışda mən böyük sərtlik nümayiş etdirirəm. Bizim görüşümüz olub, bu, çox sərt görüş olub, bu, çox yaxşı görüş olub”. 
Putin və Trampın görüşü bu il iyulun 16-da Helsinkidə baş tutub. Rusiya lideri görüşün nəticələrini yüksək qiymətləndirib. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

15 Oktyabr 2018 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin