Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada hava istiləşib

Moskvada hava istiləşib

Rusiya paytaxtına son 25 ilin istisi gəlib. Oktyabrın 15-də havanın temperaturu 20 dərəcə isti təşkil edib ki, bu da 1993-cü ilin oktyabrın 15-də qeydə alınıb.
RİA “Novosti”nin “Fobes” hava mərkəzinə istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Moskvada havanın temperaturu 17,5 dərəcə isti olub ki, bu da sonuncu dəfə 1948-ci ildə qeydə alınıb.
Sinoptiklərin məlumatına görə, həftə ərzində paytaxt Moskvada isti hava şəraiti hökm sürəcək. Gecələr 6-8, gündüzlər 14-16 dərəcə isti olacağı gözlənilir.

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

 

15 Oktyabr 2018 22:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin