• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alı Qocayev: Samuxda kifayət qədər iş yeri var...

Alı Qocayev: Samuxda kifayət qədər iş yeri var...

Samuxda “Əmək Yarmarkası”  keçirilmişdir. Bununla bağlı rayonun 20 idarə, müəsissə və təşkilatından, fiziki şəxslərdən, özəl şirkətlərdən 143 boş iş yerlərinin olması haqqında məlumat alınmış və onlar məşğulluq idarəsi tərəfindən yarmarkaya çıxarılmışdır.

İş yerləri təqdim edən müəssisələrdən 11-i dövlət, 7-si qeyri-dövlət müəssisəsi, 2-si- fiziki şəxs olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən 100, qeyri-dövlət müəssisələri tərəfindən 34, fiziki şəxslər tərəfindən isə 9 boş iş yeri çıxarılmışdır. Bu təşkilatlarda minimum əmək haqqı 130, maksimum əmək haqqı isə 365 manat təşkil etmişdir. 
Payon icra hakimiyyətinin başçısı Alı Qocayevin də iştirak etdiyi yarmarkaya 200 nəfərdən çox vətəndaş gəlmişdir. Onlardan 50 nəfərə yaxın vətəndaşa müvafiq iş yerlərinə göndərişlər verilmişdir. 

İcra hakimiyyətinin başçısı Alı Qocayev tədbirdə çıxış edərək demişdir ki, Ölkə başçısının tapşırığına əsasən müntəzəm keçirilən bu yarmarkalar adamların məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Çalışırıq ki, rayonda bir nəfər də olsun işsiz adam qalmasın.İş yerləri kifayət qədər var. Sadəcə bəzi insanlar seçim qarşısında qaldıqları üçün bəzən tərəddüd edirlər.Digərləri daha uyğun iş axtarırlar. Biz hamının marağını və istəyini nəzərə alırıq.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 Oktyabr 2018 17:33 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin