• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib

“Kütləvi çıxarış” kampaniyası eyni gündə 3 kəndi əhatə edib

“Kütləvi çıxarış” kampaniyası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi fərqliliyə imza atıb. Bu dəfə kampaniya eyni vaxtda bir neçə coğrafi məkanı əhatə edib. Belə ki, sakinlərə daşınmaz əmlakın qeydiyyat xidmətlərini təklif edən “Kütləvi çıxarış” kampaniyası Şəkinin Birinci və İkinci Biləcik, eləcə də Baqqal kəndində keçirilib. Kampaniya çərçivəsində mobil ofislərə 100-ə yaxın müraciət daxil olub. Birbaşa yaşadıqları yerlərdə 50 vətəndaşa daşınmaz əmlaka dair çıxarışlar təqdim edilib. Qeyd edək ki, verilən çıxarışlardan 22-si pay torpaqlarına, 17-si fərdi yaşayış evlərinə, 11-i həyətyanı torpaqlara aiddir. Bunlardan da 18-i Birinci Biləcik kəndinin, 17-si ikinci Biləcik kəndinin, 15-i isə Baqqal kəndinin payına düşür.

Şəki rayonu üzrə keçirilən sosial aksiya zamanı çıxarışların verilməsi ilə bərabər, daşınmaz əmlakla bağlı hüquqi xidmətlər də göstərilib. Komitənin ünvanlar üzrə mobil ofislərinə hüquqi yardım üçün 50-yə yaxın vətəndaş müraciət edib. Mütəxəssislər tərəfindən sakinlərə qanunvericiliyə uyğun olaraq hüquqi məsləhətlər verilib və sualları cavablandırılıb. Çıxarış almaq istəyən vətəndaşlara isə qeydiyyat prosedurları izah olunub və onlardan hüquqmüəyyənedici sənədlər toplanıb. Eləcə də, komitə əməkdaşları müasir avadanlıqlar vasitəsilə qeydiyyata alınacaq əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərini dəqiqləşdirib.

Xidmətlərin əhaliyə geniş formada çatdırılması, qeydiyyat proseslərinin daha sürətli təmin olunması Əmlak Məsələləri Dövlət Komitəsinin daim diqqət mərkəzindədir. İndiyədək Abşeron rayonun 13 kəndində keçirilən kampaniya zamanı 850-dən çox vətəndaş müraciəti qeydə alınıb. Sosial aksiyanın gələn həftəki ünvanı Xırdalan şəhəri olacaq. Sakinlər 15-19 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsindəki (heykəlin yanı, 4 saylı orta məktəbin qarşısı) mobil ofislərə yaxınlaşa bilər.                         

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
 

15 Oktyabr 2018 17:21 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin