• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində doktoranturaya qəbulla bağlı tədbir keçirilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində doktoranturaya qəbulla bağlı tədbir keçirilib

Tədbirdə “Sukanal” ETLİ-də fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturanın təşkili, 2017-2018-ci tədris ilində aparılmış qəbul və 2018-2019-cu il üçün sifariş yerləri ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 19 iyul  tarixli 297 nömrəli qərarı ilə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”na  “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun adı  da əlavə edilib. Ötən il ilk dəfə aparılan qəbul imtahanının nəticələrinə əsasən, 3 doktorant (qiyabi) və 3 dissertant “Sukanal” ETLİ-də ali təhsilin doktorantura pilləsinə qəbul olunub.

2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  6 plan yeri sifariş verilib.

Tədbirdə “Sukanal” ETLİ-də doktorantura təhsili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 Oktyabr 2018 17:19 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin