• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Arı südünü necə alırıq?

Arı südünü necə alırıq?

Deyərdim ki, uşaqlıqdan, gözümü açandan dədə-babalarımızın arıçılıqla məşğul olduğunu görmüşəm. Ulu babalarımız belə bu sahə ilə məşğul olub. Hazırda 220-dən artıq arı ailəmiz var. Biz əsasən Qabaqtəpə arı cinslərini bəsləyirik. Bir pətəkdə 100 mindən artıq arı olanda o güclü “qoşun” sayılır. Rayon ərazisində biz əvvvəlcədən bilirik, hansı ərazilərə köç edək. Samuxun Kürboyu meşə ətrafı  arılarımızın saxlanması üçün ən əlverişli bir ərazidir.

Bu sözləri Goranboy rayonunun Ağamalıoğlu kəndindən olan arıçı, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı Şahrubə Kərimova deyib.  

Şahrubə Kərimova arı südü haqqında bildiklərini, öz təcrübəsini arıçılarla bölüşüb: - Arı südünü necə alırıq? Çərçivədəki şanı 5 sm ara verməklə kəsirik. Həmin kəsilmiş şandan   xətt boyu arılar orada ana üskükləri hazırlayırlar. Həmin üsküklərə süd yığırlar. 4 gündən sonra südü yığmasan, arılar 7 gündən sonra  həmin üskükləri möhürləyirlər. Beçəni  yumurtadan təzə çıxmış arılardan ayırmalısan. Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsi ilə ifraz edirlər. Xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir, mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur. Sonsuzluq problemində uşaq sahibi olmağı asanlaşdırır. Arı südü damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır. Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur. Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır. Bundan başqa, arı südü uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını kömək edir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 Oktyabr 2018 17:13 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin