Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 380 Bakı şəhəri, 8 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abza­sını rəhbər tutaraq, Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1537) ilə təsdiq edilmiş “Mediator­ların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na aşağıdakı redaksi­yada 2.14-1-ci bənd əlavə edilsin:

“2.14-1. Təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində dinləyi-cilərin ilkin hazırlı­ğı və ixtisaslarının artırılması ilə bağlı təlimlərin əyani formada keçirilməsi mümkün olmadıqda, Mediasiya Şu­rasının qərarı ilə təlimlər distant (məsafədən) formada keçirilir.”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

10 Oktyabr 2020 00:43 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə