• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli qonaqlar Əlyazmalar İnstitutunda

Türkiyəli qonaqlar Əlyazmalar İnstitutunda

Türkiyənin Anadolu Universitetinin professoru Muhsin Macit və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. 

www.science.gov.az saytı yazır ki, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqlara elmi müəssisənin tarixi, fondlarda qorunan nadir əlyazmalar, aparılan elmi-tədqiqat işləri və s. haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən filologiya üzrə elmlər doktoru Paşa Kərimov M.Macitin klassik Azərbaycan ədəbiyyatının bir çox tanınmış simalarının yaradıcılığını tədqiq etdiyini, Cahan şah Həqiqinin şeirlərini ilkin mənbələr əsasında nəşrə hazırladığını diqqətə çatdırıb.

Söhbət zamanı C.Özdəmirin Əlyazmalar İnstitutunda aparılan tədqiqat işlərini daim izlədiyi vurğulanıb. Qeyd edilib ki, o, Yunus Əmrə İnstitutu ilə Əlyazmalar İnstitutu arasında əməkdaşlığın qurulması istiqamətində səmərəli fəaliyyət göstərir.

M.Macit və C.Özdəmir gələcəkdə Əlyazmalar İnstitutu ilə birgə layihələr üzərində çalışmağın mümkünlüyünü diqqətə çatdırıblar.

Sonda qonaqlar institutun ekspozisiya zalı və buradakı sərgi ilə tanış olublar. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 Oktyabr 2018 17:02 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin