• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Arif Məlikovun mahnılarından ibarət konsert olacaq

Akademik Arif Məlikovun mahnılarından ibarət konsert olacaq

Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim ediləcək.

www.science.gov.az saytı yazır ki, konsertdə Arif Məlikovun unudulmaz və təkrarsız bəstələri “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, "Günəş ürəkli” və digər mahnıları səsləndiriləcək.

Qeyd edək ki, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikov baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 Oktyabr 2018 17:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
15 Noyabr 2018 | 16:05
Muzeyin eksponatları Berlində

Ən son xəbərləri səhifəmizdən də izləyin