• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərqşünaslıq İnstitutunda irfan ədəbiyyatına həsr olunan kitab nəşr edilib

Şərqşünaslıq İnstitutunda irfan ədəbiyyatına həsr olunan kitab nəşr edilib

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Həqiqət axtarışında” kitabı işıq üzü görüb.

www.science.gov.az saytı yazır ki, oxuculara təqdim edilən kitab irfan ədəbiyyatının öyrənilməsində atılan addımlardan biridir. Kitabda Azərbaycan İran, Pakistan, Türkiyə, Tacikistan, Rusiya , Qazaxıstan  və Ukraynada çap olunmuş məqalələr toplanıb. Məqalələr toplusu altı fəsildən ibarətdir və dillər üzrə qruplaşdırılıb, yarımfəsillər məntiqi və tarixi ardıcıllıq üzrə verilib.

Kitaba məqalə, tərcümə, beynəlxalq elmi konfrans materialları daxil edilib. Burada Fəridəddin Əttarın, Xacə Abdullah Ənsarinin, Əbu Nəsr Sərracın, Əbdürrəhman Süləminin və başqalarının yaradıcılığına həsr olunmuş məqalələr, ilahi və bəşəri kəlamda zöhdün nəzəri və praktiki əsası, sufilikdə məqam və hal anlamları və s. mövzuda yazılar, eləcə də bir sıra tərcümələr yer alıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 Oktyabr 2018 16:59 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin