• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin iclası

Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin iclası

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. www.science.gov.az saytı yazır ki, tədbiri şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Bildirib ki, cari ilin dekabr ayında GAMŞ-ın fəaliyyətə başlamasının 5 ili tamam olacaq və bununla əlaqədar şura tərəfindən ictimayyətə yubiley hesabatı veriləcək, həmçinin görülən işlər buklet şəklində nəşr ediləcək.

F.Salmanov GAMŞ-ın əsasnaməsinə uyğun olaraq institut və təşkilatlarda səlahiyyət müddəti başa çatmış yerli şuralara seçkilərin keçirilməsinin, yaş senzinin nəzərə alınmaqla idarə heyətlərinin tərkibinin yenilənməsinin, xüsusilə magistrant və doktorantlara üstünlük verilməsinin zəruriliyini bildirib.

Daha sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ sədri, b.ü.f.d. Ulduzə Mehvalıyeva, Folklor İnstitutunun GAMŞ sədri, fil.ü.f.d. Nail Qurbanov və digərləri çıxış edərək gündəliyə çıxarılan məsələlər barədə fikir və təkliflərini söyləyiblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

15 Oktyabr 2018 16:54 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin