Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayıl şossesində pilotsuz uçuş aparatı vasitəsilə tədqiqat işlərinə başlanıb

science.gov.az-dan verilən xəbərə görə, oktyabr ayının 12-dən 13-nə keçən gecə paytaxtın Badamdar - 20-ci sahəni birləşdirən Bayıl şossesində yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar AMEA Rəyasət Heyəti Fənlərarası Analitik Mərkəzi, akademiyanın Yüksək Texnologiyalar Parkı və Neft və Qaz İnstitutunun əməkdaşları sözügedən ərazidə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə tədqiqat işlərinə başlayıblar.

Aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin ortofotoplanı, geomorfoloji üçölçülü modeli, aktivliyi, sürüşmə müstəvisi, sürüşməyə məruz qalan ərazinin ölçüləri və digər problemlər araşdırılacaq.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

15 Oktyabr 2018 16:39 - CƏMİYYƏT
CƏMİYYƏT
14 İyul 2020 | 17:26
Ad günün mübarək, Şəhidim

Köhnə versiyamızdan xəbərləri izlə