Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rektor İbrahim Cəfərov: “On beş il qabaq, 15 oktyabrda dairə seçki komissiyasının sədri idim...”

2003-cü ilin 15 oktyabrı vətənini və xalqını sevən hər bir Azərbaycan vətəndaşı üçün ən əziz gündür. Düz 15 il əvvəl  cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Məhz həmin gün xalqımız ümummilli lider Heydər Əliyevin başladığı siyasətə sadiq qalaraq ona “hə” demiş, milyonlarla seçici məntəqələrdə yalnız İlham Əliyevin lehinə səs vermişdir.

Xoşbəxtliyim ondadır ki, məhz 2003-cü ildə 38 sayli Nizami ikinci (Gəncə) DSK-nın sədri olaraq bu prosesi öz gözlərimlə görmüş, insanlarin toy-bayram etməsinin şahidi olmuşam. “Bu gün cənab Prezidentin rəhbərliyi altında Yeni Azərbaycan qurulur” ifadəsi ilə onun titanik fəaliyyətini qeyd etmək dənizdən bir damladır. Əslində çoxşaxəli bu fəaliyyət alimlərimiz tərəfindən illərlə təhlil edilməli, cildlərlə kitablar yazılmalıdır.

Cənab Prezidentin rəhbərliyi ilə Aqrar universitet üçün dövlətimizin qayğısı sayəsində son illərdə bu ali məktəbin mükəmməl bir tədris ocağına çevrilməsi ilə nəticələnmişdir. Burada görülən işləri saymaqla qurtaran deyil. Təkcə iki 7 mərtəbəli tələbə Evi, tədris korpuslarının təmiri, yenilərinin tikintisi, maddi- texniki bazanın ən müasir standartlara uyğun qurulması, yüzlərlə tələbənin dövlət sifarişi əsasında təhsil alması və digər işlər dediklərimin cüzi bir hissəsidir.

Bütün bunlara görə təşəkkürün və sonsuz hörmətin, məhəbbətin bir ünvanı-möhtərəm cənab Prezidentdir. Biz hamımız hələ çox illər cənab Prezidentin rəhbərliyi altında işləyib, bu Vətən üçün, işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün əlimizdən gələni edəcəyik. Bütün bunlara görə çoxminli ADAU ailəsi adından gur səslə deyirəm: MİN YAŞA CƏNAB PREZİDENT! AllAH SİZİ QORUSUN!”

Bu fikirləri Azərbaycan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu gün özünün facebook səhifəsində yazmışdır.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 Oktyabr 2018 16:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə