Ən son xəbərlər
Ölkənin aparıcı banklarından biri PAŞA Bankın Bakıda yeni "Landmark" filialının açılış mərasimi keçirilmişdir.
Mərasimdə PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucov çıxış edrərək qeyd etmişdir ki, bu vaxtdan etibarən Bankın bütün filiallarında müştərilərə universal bank xidmətləri göstəriləcək.
“Müştərilərimizin istəklərini nəzərə alaraq, həm yeni, həm hazırda fəaliyyət göstərən filiallarda korporativ sector, kiçik və orta sahibkarlıq nümayəndələri, eləcə də PAŞA Bankın əməkhaqqı kart sahibləri olan fiziki şəxslərə xidmət göstəriləcək. Bankın bütün filiallarında olduğu kimi “Landmark” filialında da müştərilərimizin hər birinə fərdi yanaşma göstəriləcək», - deyə C. Orucov qeyd etmişdir.
Qeyd edək ki, yeni filialın istifadəyə verilməsi çərçivəsində PAŞA Bankın “Port Baku” filialının fəaliyyətinin formatı dəyişdiriləcək. Operativliyin daha da gücləndirilməsi və göstərilən xidmətin keyfiyyətinin artırılması çərçivəsində bu filialda xidmət ilə təmin olunan korporativ müştərilərə “Landmark” filialında xidmət göstəriləcək. Bankın “Port Baku” filialında Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək.
PAŞA Bankın yeni filialı Nizami küçəsi, 90E ünvanında, “Landmark I” biznes mərkəzində yerləşir.
Afət Sadıqoğlu,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə