• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU həkimləri növbəti unikal əməliyyat icra ediblər

ATU həkimləri növbəti unikal əməliyyat icra ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında onkoloji xəstədə uğurlu plastik estetik əməliyyat icra olunub. Bu zaman xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib. Yanaqdakı boşluğa isə qasıqdan götürülən dəri qoyulub.

Əməliyyat haqqında məlumat verən ATU Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Məhəmməd Davudov deyir ki, xəstədə hələ 6 il bundan əvvəl əməliyyat aparılıb: “Həmin vaxt xəstə ağız boşluğunda xora diaqnozu ilə bizə müraciət etmişdi. Müayinə zamanı həmin zonada bədxassəli şişin olduğu aşkarlandı. Şişin ilkin ölçüsü kiçik olduğundan, onun tam götürülməsi məqsədəuyğun idi. Belə də etdik. Şişi tam bir şəkildə götürdük və sümüyə yapışdığı üçün şiş həmin nahiyədəki sümüklə birlikdə götürüldü. Xüsusi titanla, rekonstruktiv lövhə ilə sümük defektini yerinə qoyduq. Xəstə funksional baxımdan bir problem yaşamadı. Əməliyyatdan sonrakı patohistoloji analizlər tam təmiz çıxmışdı”.

Buna baxmayaraq, əməliyyatdan 1 il sonra həmin xəstənin ağzında selikli qişada deyil, sümük ətrafında şiş yenidən yaranıb. Növbəti əməliyyat aparılıb və bu dəfə həmin zonada sümük götürülüb. Xəstə radioterapiya müalicəsi aldıqdan sonrakı 5 il müddətində tam normal şəkildə həyatına davam edib. Yeganə problem sümüyün götürüldüyü yerdə estetik problemlə bağlı olub.

M.Davudovun sözlərinə görə, ağızın əməliyyat aparılan hissəsində sümük olmadığına görə, xəstə yeməkləri çeynəyə bilmirmiş: “O zonada boşluq olduğudan, onun üzündə də bir batıqlıq yaranmışdı. 5 il ərzində şiş yenidən yaranmadığı üçün xəstənin istəyinə əsasən biz plastik estetik əməliyyat aparmağa qərar verdik”.

Bu hallarda 2 cür əməliyyat növünün tətbiqi mümkündür. Bunlardan biri “damaqlı sümük köçürülmə”sidir. Bu əməliyyat indiyədək ATU Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən dəfələrlə uğurla icra olunub. Sadəcə, bu xəstə şüa terapiyası aldığı üçün bu əməliyyat onun üçün riskli hesab edilib. Məhəmməd Davudov bildirir ki, ona görə ikinci növ əməliyyata üstünlük verilib: “Biz qalça sümüyündən bir parça götürüb çənəyə uyğunlaşdırdıq. Yanaqdakı yumşaq toxuma batıqlığını isə qasıq nahiyəsindən dərialtı derma və piy qatı götürməkələ, xəstənin üzündə batıqlıq olan hissəni bərpa elədik”.

Xəstənin üzü qaydaya düşüb. Köçürülən sümüyə 6 aydan sonra diş inplantları qoyulacaq və xəstənin dişləri də tam bərpa olunacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Oktyabr 2018 16:07 - SƏHİYYƏ
SƏHİYYƏ
12 Noyabr 2018 | 11:27
21 illik əziyyətə son

Ən son xəbərləri səhifəmizdən də izləyin