• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq şairi Məmməd Arazın poeziya günü keçirilib

 Xalq şairi Məmməd Arazın poeziya günü keçirilib

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş poeziya günü keçirilib. Bu barədə  AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirin aparıcısı, muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatındakı rolundan danışıb, onun həqiqi milli düşüncəyə və yüksək vətəndaşlıq mövqeyinə malik olmasından bəhs edib.  Bildirib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Böyük sənətkar öz yaradıcılığı ilə hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda mübarizə aparıb.

Sonra rayonun Köhnəbazar kənd orta mətəbinin müəllimi, şairə Yadigar Təvəkkül çıxış edərək Məmməd Araz yaradıcılığının müxtəlif aspektləri barədə danışıb.

Poeziya günündə ümumtəhsil müəssələrinin şagirdləri Xalq şairinin şeirlərindən nümunələr oxuyub, şeirlərinə bəstələnən mahnılar ifa ediblər.

Tədbirdə, həmçinin böyük sənətkarın həyatının mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

Sonda Məmməd Arazın seçmə əsərlərinin səsləndirilməsində fərqlənən şagirdlər Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Fəxri fərmanı və şairin kitabları ilə mükafatlandırılıblar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

15 Oktyabr 2018 15:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
15 Noyabr 2018 | 16:05
Muzeyin eksponatları Berlində

Ən son xəbərləri səhifəmizdən də izləyin