• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ay 6 rayon və şəhərdə əmək yarmarkası keçirilib

Bu ay 6 rayon və şəhərdə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ay Göyçay, Tərtər, Yevlax, Kürdəmir, Samux rayonlarında və Mingəçevir şəhərində əmək yarmarkaları keçirilib.

Yarmarkalarda 173 müəssisə üzrə 1000-ə yaxın vakant iş yeri təqdim edilib, 312 nəfər işaxtaran və işsiz vətəndaşa peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndəriş verilib. Peşə bacarığına uyğun iş tapmadığı üçün peşəsini dəyişmək istəyən 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.

Eyni zamanda, bu ay Dövlət Məşğulluq Xidməti paytaxtın Səbail rayonunun  “20-ci sahə”, Suraxanı rayonunun Əmircan və Qaradağ rayonunun Müşfiqabad  qəsəbələrində səyyar əmək birjaları təşkil edib. Dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı barədə ətraflı məlumatlar verilib, 70 müəssisə üzrə 355 vakansiya təklif edilib. 40 nəfər vətəndaşa vakant iş yerlərinə göndəriş verilib, 15 nəfərin peşə hazırlığı kurslarına, potensialları nəzərə alınmaqla 30 nəfərin özünüməşğulluq proqramına cəlb olunması üçün qeydiyyatı aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Oktyabr 2018 14:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin