• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Аzərbaycanda əhalininn sayı 9,95 milyon nəfərdən çoxdur

Аzərbaycanda əhalininn sayı 9,95 milyon nəfərdən çoxdur

İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatmışdır.

Statistika Komitəsinin məlumatına görə əhalinin sıxlığı bir kvadrat kilometrə 115 nəfər olmuşdur. Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir.

Yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil etmişdir. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır.

Yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 nəfər təşkil etmişdir. Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2387 nəfər gələn, Azərbaycandan isə 987 nəfər gedən qeydə alınmışdır.

Bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

15 Oktyabr 2018 14:17 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin