Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yangın söndürülüb

Yangın söndürülüb

27 iyul 2018-ci il tarixində saat 23:00 radələrində Lənkəran  rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçib. Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.

Yanğının səbəbləri araşdırılır.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 

28 2018 15:54 - EKOLOGİYA
EKOLOGİYA
15 İyul 2019 | 16:20
Görüş keçirilib
11 İyul 2019 | 15:33
Italiyada apelsin boyda dolu
11 İyul 2019 | 11:33
Hava şəraiti necədir

Köhnə versiyamızdan xəbərləri izlə