Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən populyar smartfonlar

“Hi-tech-news” portalının məlumatına görə, “Visual Capitalist” analitik şirkəti tərəfindən müxtəlif brendlərə məxsus smartfonlara olan qlobal tələbat təhlil edilib. Şirkətin bu barədə hesabatında bildirilir ki, 2020-ci ilin ikinci rübündə Çinin “Huawei” və Cənubi Koreyanın “Samsung” şirkətləri ən çox smartfon qurğuları satıblar.

Hər iki şirkət dünya smart­fon bazarında 20 faiz paya sahibdir. Bildirilir ki, qlobal satış həcminin 14 faizi ABŞ-ın “Apple” şirkətinin istehsalı olan qurğuların payına düşür və bu şirkət üçüncü yerdə qərarlaşıb. Növbəti yerləri “Xiaomi” (10 faiz), “OPPO” (9 faiz), “Vivo” ( faiz) və “Leno­vo” (3 faiz) şirkətləri tuturlar. “Visual Capitalist” şirkətinin analitikləri, həmçinin qeyd ediblər ki, araşdırmanın nəticəsinə görə Çin brendləri tərəfindən istehsal edilmiş smartfonlar ümumi tədarük həcminin 50 faizinə sahibdir.

Qeyd edilir ki, hesabat dövründə satılmış qurğula­rın 29 faizinə quraşdırılmış “Qualcomm” prosessorları ən populyar olub. 26 faiz bazar payına malik “MediaTek” prosessoru rəqibindən bir az geri qalıb.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

7 Oktyabr 2020 01:50 - TEXNİKA
TEXNİKA
7 Oktyabr 2020 | 01:50
Ən populyar smartfonlar

Köhnə versiyamızdan xəbərləri izlə