• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sankt-Peterburq şəhərində MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirildi

Sankt-Peterburq şəhərində MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası  keçirildi

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının 33-cü iclası keçirilir.

Tədbirdə MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə 2016-2020-ci illər üçün əsas tədbirləri və MDB-də mədəniyyət ilinə həsr olunmuş Tədbirlər Planının icra vəziyyətləri haqqında hesabatların dinlənilməsi, Birliyin mədəniyyət paytaxtları Dövlətlərarası proqramının icra vəziyyəti, MDB çərçivəsində kinematoqrafiya sahəsində qüvvədə olan beynəlxalq müqavilə və qərarların analizinin nəticələri, MDB iştirakçı dövlətlərinin muzey işi sahəsində əməkdaşlıq Sazişinin layihəsinin hazırlanması istiqamətində görülmüş işlər, MDB-də Mədəniyyət ili (2018) və Kitab İli (2019) çərçivəsində iştirakçı dövlətlərin müasir müəlliflərinin bədii kitablarının səyyar sərgisinin təşkil edilməsi haqqında layihənin hazırlanması, icrası və digər məsələlər müzakirə olunacaqdır.

İclasda Azərbaycan Respublikasını mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, iclasdan əvvəl Vaqif Əliyev ilə MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərov arasında görüş keçirildi, MDB iştirakçı dövlətlərinin parlamentləri arasında əməkdaşlıq, Nümayəndəliyin fəaliyyəti barədə fikir mübadiləsi aparıldı, Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılacaq növbəti addımlar müzakirə olundu.

İclasda Vaqif Əliyev çıxış edərək ölkədə mədəniyyət sahəsində həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verdi.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzüti”

15 Oktyabr 2018 12:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
15 Noyabr 2018 | 16:05
Muzeyin eksponatları Berlində

Ən son xəbərləri səhifəmizdən də izləyin