• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Arzu Nağıyev: Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir

Arzu Nağıyev: Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir

Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən, eyni zamanda, illərdir insan haqlarının tapdalanması ilə məşğul olan işğalçı bir dövlətdə Frankofoniya kimi tədbirlərin keçirilməsi və burada iştirak heç bir beynəlxalq normaya və hətta adi məntiqə sığmır. Bundan başqa, hətta Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir. 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib. 
Ekspert qeyd edib ki, Paşinyanın seçkiqabağı siyasi oyunları və verdiyi qeyri-adekvat bəyanatlar da onu göstərir ki, bu, adi bir siyasi şoudur. Bir müddət əvvəl Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi çıxışda olduğu kimi, Frankofoniyanın açılışında da münaqişə ilə bağlı iftira və yalanlar səsləndirdi. Düşənbə söhbətindən sonra tam başqa bir fikir söyləməsinə baxmayaraq indi o, özü-özünü təkzib edir. 
Siyasi ekspert vurğulayıb ki, separatçı rejimin danışıqlarda bir tərəf olmayacağı məlum məsələdir və bunu erməni tərəfi də başa düşür. Lakin yenidən heç bir məntiqə sığmayan çıxışlar ATƏT–in Minsk qrupunun həmsədrləri tərəfindən də birmənalı qarşılanmamalıdır. Ermənistan bu cür əsassız iddiaları ilə beynəlxalq ictimaiyyəti aldadaraq diqqəti Azərbaycan ərazilərinin hərbi işğalı faktından yayındırmaq cəhdləri göstərir. Bütün bu şou Paşinyanın seçkiqabağı ritorikasından başqa bir şey deyil. 
ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin, xüsusilə Fransanın mövqeyinə gəldikdə isə Arzu Nağıyev bildirib ki, hər bir dövlət bu məsələdə obyektiv mövqe nümayiş etdirməlidir. 

13 Oktyabr 2018 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin