• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlarımızın təməlində ölkə rəhbərliyinin düşünülmüş siyasəti dayanır

Uğurlarımızın təməlində ölkə rəhbərliyinin düşünülmüş siyasəti dayanır

Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin qaldırdığı məsələlərə münasibət bildirən İqtisadi İslahatlar İnstitutunun dissertantı Yeganə Fətəliyeva dedi ki, dünyanın bir sıra ölkələrinin gəlirlərinin əsas hissəsi onların ixrac etdikləri məhsulların həcmindən asılıdır. Müstəqil siyasət yeridən dövlətlər dünya birliyi ölkələri ilə hərtərəfli siyasi, iqtisadi, həmçinin ticarət əlaqələri qurur, işgüzar və səmərəli əməkdaşlığı genişləndirirlər.
Son illərdə Azərbaycanda bu istiqamətdə də uğurlu nəticələr əldə edilmişdir. Ölkəmizin iqtisadi müstəqilliyi bizə imkan verir ki, beynəlxalq müstəvidə müstəqil siyasət aparaq. Heç şübhəsiz, iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, imkanlarımız məhdud olardı. Məlumdur ki, iqtisadiyyatı dinamik şəkildə inkişaf edən müstəqil Azərbaycan dövləti hazırda iqtisadi cəhətdən heç kimdən asılı deyil. Bu, bizim çox böyük uğurumuz, tarixi nailiyyətimizdir.
Yola saldığımız doqquz ayın nəticələri belə deməyə əsas verir ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr vaxtında və yüksək səviyyədə icra edilmişdir. Hərtərəfli inkişafını uğurla davam etdirən Azərbaycan əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu sabitliyin və uğurlu inkişafın təməlində ölkə rəhbərliyinin düşünülmüş siyasəti, eyni zamanda, həmin siyasətə xalq tərəfindən göstərilən güclü dəstək dayanır.  Y. Fətəliyeva daha sonra dedi:
– 2018-ci ildə ölkədə iqtisadi sahədə islahatların dərinləşdirilməsi istiqamətində çox önəmli addımlar atılmışdır. Doqquz ayda əldə olunan iqtisadi göstəricilər də bu deyilənləri təsdiqləyir. İlin əvvəlindən bəri ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında artım 4,3 faiz olmuşdur.
Müstəqil Azərbaycan dövlətinin xarici ölkələrlə ticarət əlaqələri də sürətlə genişlənir. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz, ixrac da təxminən bir o qədər artıb. ­Qeyri-neft ixracı isə təxminən 14 faiz olub. Bu,  çox müsbət haldır. Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun nitqində demişdir: 
“Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq.  Bizim xarici ticarət müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edirlər ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu, belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. İxracımızı idxaldan daha yüksək templərlə artırmaq lazımdır. Əgər 6,5 milyard  dollar müsbət saldo varsa, deməli, ilin sonuna qədər bu, daha da artacaq. İdxalın artımı sənayenin inkişafı ilə bilavasitə bağlı olan məsələdir, insanların rifah halının yaxşılaşması ilə bağlıdır”.
İlin sonuna elə də çox vaxt qalmayıb. Nazirlər Kabinetinin iclasında qeyd edildiyi kimi, Azərbaycan hökuməti bu müddətdə nəzərdə tutulmuş bütün işləri görəcək, o cümlədən Dövlət İnvestisiya Proqramı tam icra ediləcək. Beləliklə, 2018-ci il də Azərbaycan tarixinə daha bir uğurlu il kimi daxil olacaq.

Hazırladı:      
Ə.BAYRAMOV,
“Xalq qəzeti”

13 Oktyabr 2018 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin