• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 438   Bakı şəhəri, 11 oktyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və 2012-ci il 17 fevral tarixli 38s nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 oktyabr tarixli 321 nömrəli qərarında, 2012-ci il 17 fevral tarixli 38s nömrəli sərəncamında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin spesifikasiyasının təsdiq edilməsi haqqında” 1999-cu il 2 fevral tarixli 13 nömrəli qərarının ləğv edilməsi barədə

“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1217-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 339 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və 2012-ci il 17 fevral tarixli 38s nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 321 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1235; 2017, № 3, maddə 474; 2018, № 2, maddə 356) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-3-cü hissələrdə “2019-cu il ­yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin;
1.2. 4-cü hissə ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 fevral tarixli 38s nömrəli sərəncamının 3-cü hissəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin spesifikasiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 2 fevral tarixli 13 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 140) ləğv edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 

 
14 Oktyabr 2018 20:06 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin