• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 435   Bakı şəhəri, 11 oktyabr 2018-ci il

 
“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası” təsdiq ­edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 11 oktyabr

tarixli 436 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Azərbaycan  Respublikası  Qida  Təhlükəsizliyi  Agentliyinin

baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının

formasının, onların tərtib edilməsi və verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasını, onların tərtib edilməsi və verilməsi qaydasını müəyyən edir.

1.2. Agentlik baytarlıq nəzarətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qərarlar qəbul edir.

 

2. Baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarların forması

 

2.1. Agentlik və ya onun regional bölmələri tərəfindən dövlət baytarlıq nəzarətinin əhatə dairəsinə uyğun olaraq, hüquqi və fiziki şəxslər barəsində aşağıda göstərilən formada icrası məcburi olan qərarlar (bundan sonra - icrası məcburi olan qərar) qəbul edilir:

2.1.1. “Heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi  haqqında qərar” (1 nömrəli əlavə);

2.1.2. “Əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi haqqında qərar” (2 nömrəli əlavə);

2.1.3. Hüquqi və ya fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna uyğun olaraq tədbirlərin görülməsi haqqında qərar” (3 nömrəli əlavə);

2.1.4. “Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında digər baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqan-larının bildirişinə əsasən müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və baytarlıq nəzarətinin həyata keçirilməsi haqqında qərar” (4 nömrəli əlavə);

2.1.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat-dan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi haqqında qərar” (5 nömrəli əlavə).

2.2. İcrası məcburi olan qərarda aşağıdakı məlumatlar göstərilir:  

2.2.1. qərarın nömrəsi və tarixi;

2.2.2. fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi qərarı verilmiş hüquqi və fiziki şəxsin (onun müvafiq təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;

2.2.3. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntu-larının izahı;

2.2.4. sahibkarın fəaliyyətinin məhdudlaşdırıcı tədbir tətbiq edilən hissəsinin (sahəsinin) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) təsviri;

 2.2.5. tətbiq edilən məhdudlaşdırıcı tədbir (tədbirlər).

 

3. İcrası məcburi olan qərarların tərtib edilməsi və verilməsi

 

3.1. Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi və yaxud dövlət baytarlıq müfəttişləri tərəfindən baytarlıq nəzarəti sahəsində qəbul edilən bu Qaydanın 2-ci hissəsində göstərilən formada icrası məcburi olan qərar yazılı formada tərtib edilir, imzalanır və müfəttişin möhürü ilə təsdiq olunur.

3.2. İcrası məcburi olan qərar iki nüsxədə tərtib edilir, 1-ci nüsxəsi Agentlikdə və ya qərarı qəbul edən baytarlıq müfəttişinin təmsil olunduğu regional bölmədə saxlanılır, 2-ci nüsxəsi qərarın qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir və ya poçt vasitəsi ilə (bildirişlə) göndərilir.

3.3. İcrası məcburi olan qərar əsaslandırılmalıdır.

3.4. Hüquqi və ya fiziki şəxs barəsində qəbul olunan icrası məcburi olan qərarla razılaşmadıqda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər.

 

___________________

 

 

“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi

Agentliyinin baytarlıq nəzarəti sahəsində  icrası

məcburi  olan  qərarlarının formasının, onların

tərtib edilməsi və verilməsi Qaydası”na

 

1 nömrəli əlavə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

 

Heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması

və ya qadağan edilməsi  haqqında

 

QƏRAR №  ___

 

   _____________ rayonu (şəhəri)       “____” ___________ 20__ il

 

Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi ______________________________________________

                                             (soyadı, adı, atasının adı)

və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ______________________________________________________

(Agentliyin regional bölməsinin adı)

dövlət baytarlıq müfəttişi ___________________________________

                                                       (soyadı, adı, atasının adı)

________________________________________________məxsus

   (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

dövlət baytarlıq nəzarətində olan ____________________________                                                             ______________________________________________________

(yükün (məhsulun) adı, yerləşdiyi və ya saxlanıldığı ünvan)

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baytarlıq nəzarətini həyata keçirərkən, heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, aşağıdakı xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini müəyyən etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi):

______________________________________________________

(xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin adı)

Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.4-cü maddəsinə əsasən qərara alıram:

Aşağıda qeyd olunan dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibi (daşıyıcısı və ya digər səlahiyyətli şəxs) olan hüquqi və ya fiziki şəxsin fəaliyyəti müvəqqəti olaraq dayandırılsın və yaxud qadağan edilsin (müvafiq qərarın altından xətt çəkilsin):                             

1. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun):

adı: ___________________________________________________

mənşəyi:_______________________________________________

miqdarı: _______________________________________________

baytarlıq sertifikatının nömrəsi: _____________________________

tarixi:__________________________________________________

ünvanı: _______________________________________________

təyinat yeri: _____________________________________________

2. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibinin (daşıyıcısının və ya digər səlahiyyətli şəxsin):

soyadı, adı, atasının adı, ünvanı:____________________________

______________________________________________________

 

imzası:_______________________

 

Baş dövlət baytarlıq müfəttişi

 (dövlət baytarlıq müfəttişi)   _____________________________

                                                             (soyadı, adı, atasının adı)

___________________

              (imza)

   M.Y.

 

Qeydlər:

1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.

2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan  “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə  şikayət verilə bilər.

 

“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na

 

2 nömrəli əlavə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

 

Əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq   ekspertiza   nəticələri   və   ya   laboratoriya müayinələri  ilə  sübut  edilmiş  heyvanların,  heyvan

mənşəli  məhsulların və xammalın qanunla  müəyyən edilmiş   qaydada   və   şərtlərlə  dəyəri   ödənilməklə götürülməsi,  təkrar  emalı,  zərərsizləşdirilməsi  və

yaxud məhv edilməsi haqqında

 

QƏRAR № ____

 

 ____________ rayonu (şəhəri)    “___” ________ 20___ il

 

Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi ___________________________________________

(soyadı, adı, atasının adı)

və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin_________________________________________

(Agentliyin regional  bölməsinin adı)

dövlət baytarlıq müfəttişi______________________________

                                                  (soyadı, adı, atasının adı)

___________________________________________ məxsus

(sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

dövlət baytarlıq nəzarətində olan________________________

__________________________________________________

(yükün (məhsulun) adı, yerləşdiyi və ya saxlanıldığı ünvan)

aşağıdakı obyektdə (yükdə, məhsulda) __________________

_________________________________________________

(dövlət baytarlıq nəzarətində olan heyvanların, heyvan mənşəli məhsulların və ya xammalın adı)

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə uyğun olaraq baytarlıq nəzarətinin həyata keçirilməsi məqsədi ilə ekspertiza (laboratoriya müayinələri) aparılması_____________________ __________________________________________________

(müvafiq baytarlıq nəzarəti tədbirinin adı qeyd edilsin)

nəticəsində əhalinin və heyvanların sağlamlığı üçün təhlükəli olduğuna dair aşağıdakı sübut (sübutlar) aşkar olundu                        (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi):__________________________________

__________________________________________________

 

Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə əsasən qərara alıram:

  Aşağıdakı dövlət baytarlıq nəzarətində olan obyekt (yük, məhsul)___________________________________________

(dövlət baytarlıq nəzarətində olan heyvanların, heyvan mənşəli

məhsulların və ya xammalın adı)

______________________________________________________

(müvafiq qərarın altından xətt çəkilsin)

 

götürülsün,  təkrar  emal  edilsin,  zərərsizləşdirilsin  və   yaxud

məhv edilsin və əvəzində dövlət baytarlıq nəzarəti obyektinin (yükün, məhsulun) sahibinə (daşıyıcısına və ya digər səlahiyyətli şəxsə) qanunla müəyyən edilmiş qaydada və şərtlərlə həmin dövlət baytarlıq nəzarəti obyektinin (yükün, məhsulun) aşağıdakı qaydada dəyəri ödənilsin:

    1. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) adı: _____________________________________

__________________________________________________

mənşəyi: __________________________________________

miqdarı: ___________________________________________

baytarlıq sertifikatının nömrəsi: _________________________

tarixi:______________________________________________

ünvanı: ___________________________________________

təyinat yeri: ________________________________________

2. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) dəyəri, manatla:____________________________

                                                   (rəqəmlə və sözlə)

3. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) dəyərinin ödənilməsi müddəti: bu qərarın qəbul edildiyi tarixdən etibarən __________________ təqvim günü.

4. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) dəyərinin ödənilməsi üçün həmin obyektin (yükün, məhsulun) sahibinin (daşıyıcısının və ya digər səlahiyyətli şəxsin) bank hesabı:_________________________________

__________________________________________________

5. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibinin (daşıyıcısının və ya digər səlahiyyətli şəxsin)  soyadı, adı, atasının adı, ünvanı və imzası:

__________________________________________________

 

Baş dövlət baytarlıq müfəttişi

(dövlət baytarlıq müfəttişi)       _______________________

                                                                        (soyadı, adı, atasının adı)

_____________________

                  (imza)

 

M.Y.     

 

   

Qeydlər:

1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.

2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan  “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə  şikayət verilə bilər.

 

___________________

                            

 

“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi

Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası

məcburi olan qərarlarının formasının, onların tərtib

edilməsi və verilməsi Qaydası”na

 

3 nömrəli əlavə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

 

Hüquqi və ya fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna uyğun tədbirlərin görülməsi haqqında

 

QƏRAR №____

 

__________ rayonu (şəhəri)            “____” _______20 ___il

 

Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi ___________________________________________

(soyadı, adı, atasının adı)

və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin __________________________________________________

(Agentliyin regional bölməsinin adı)

dövlət baytarlıq müfəttişi ______________________________

____________________________________________məxsus (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

 dövlət baytarlıq nəzarətində olan obyektdə (yükdə, məhsulda) __________________________________________________

(dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) adı)

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baytarlıq nəzarətini həyata keçirərkən, baytarlıq sahəsində aşağıdakı normativ hüquqi aktların tələblərinin pozulmasını aşkar etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi):__________________________________________

(müvafiq normativ hüquqi aktın adı və pozulmuş maddəsinin nömrəsi, pozuntunun qısa təsviri)

______________________________________________________

Yuxarıda qeyd olunan qanun pozuntusu aşağıdakı ilkin sübutlarla təsdiq olunur:

__________________________________________________

(hər bir sübutun qısa təsviri)

__________________________________________________

 

Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.6-cı maddəsinə əsasən qərara alıram:

Yuxarıda qeyd olunan fiziki (hüquqi) şəxsin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış materiallar _________________________________

                        (materialların göndərildiyi orqanın adı)

_________________________________________göndərilsin.

 

Baş dövlət baytarlıq müfəttişi 

(dövlət baytarlıq müfəttişi)  ______________________               

                                                           (soyadı, adı, atasının adı)

___________________

                     (imza)                                                

 M.Y. 

         

                   

Qeydlər:

1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.

2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının  Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə  şikayət verilə bilər.

 

______________

 

 

“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi

Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası

məcburi olan qərarlarının formasının, onların tərtib

edilməsi  və verilməsi Qaydası”na

 

4 nömrəli əlavə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

 

Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında digər baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması ...........və baytarlıq nəzarətinin həyata keçirilməsi haqqında

 

QƏRAR № ___

 

____________ rayonu (şəhəri)             “____” __________20 __il

 

Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi _______________________________________________

(soyadı, adı, atasının adı)

________________________________________________məxsus

(sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

 

dövlət baytarlıq nəzarətində olan yüklə əlaqədar________________ ______________________________________________________

(dövlət baytarlıq nəzarətində olan yükün adı, mənşə və təyinat ölkəsi, miqdarı (sayı) və digər məlumatlar)

  _____________________________________________________

(dövlət baytarlıq nəzarətində olan yükün müvafiq gömrük rejiminin adı)

aşağıdakı baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi

______________________________________________________

(pozulmuş baytarlıq (baytarlıq-sanitariya) tələblərini sadalamalı)

barədə ______________________________________________

(gömrük orqanının adı)

“___” __________ 20 ___ il tarixli bildirişini aldım.

 

Qeyd olunan bildirişə və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.7-ci maddəsinə əsasən qərara alıram:

Yuxarıda qeyd olunan baytarlıq nəzarətində olan yük           “___”  ___________ 20__ -ci il tarixində müvafiq tədbirlər görülənə kimi qanunvericiliklə müəyyən edilmiş qaydada_______________ ______________________________________________________

(yükün saxlandığı yer)

saxlansın və həmin yükün üzərində baytarlıq nəzarəti həyata keçirilsin.

 

Baş dövlət baytarlıq müfəttişi

(dövlət baytarlıq müfəttişi)    _________________________

                                                                      (soyadı, adı, atasının adı)

 

_________________

            (imza) 

 

M.Y.    

 

 

Qeydlər:

1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.

2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan  “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının  Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə  şikayət verilə bilər.

 

 

 

__________________

 

“Azərbaycan Respublikası QidaTəhlükəsizliyi

Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası

məcburi olan qərarlarının formasının, onların tərtib

edilməsi və verilməsi Qaydası”na

 

5 nömrəli əlavə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

 

Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv               edilməsi haqqında

 

QƏRAR №____

 

_____________ rayonu (şəhəri)    “____” __________20 __il

 

Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi ___________________________________________

(soyadı, adı, atasının adı)

və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin __________________________________________________

(Agentliyin regional bölməsinin adı)

dövlət baytarlıq müfəttişi ______________________________

                                                   (soyadı, adı, atasının adı)

____________________________________________məxsus

(sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı)

dövlət baytarlıq müfəttişi dövlət baytarlıq nəzarətində olan aşağıdakı baytarlıq preparatlarının, yem və yem əlavələ-rinin______________________________________________

(baytarlıq preparatlarının, yem və yem əlavələrinin adı,  miqdarı və qiyməti                     qeyd edilsin)

  _____________________________________________________

(qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçmədiyi, normativ-texniki sənədlərin tələblərinə  cavab vermədiyi, mənşəyinin məlum olmadığı, saxta, keyfiyyətsiz olduğu dəqiq qeyd edilsin)

 

müəyyən etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi):___________

__________________________________________________

Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.8-ci maddəsinə əsasən qərara alıram:

  1. Yuxarıda göstərilən baytarlıq nəzarətində olan baytarlıq preparatları, yem və yem əlavələri “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla götürülsün və məhv edilsin.

2. Götürülmə __________________________həyata keçirilsin.

                             (götürülmənin həyata keçirildiyi yer)

3. Məhvetmə _________________________ həyata keçirilsin.

(məhvetmənin həyata keçirildiyi yer)

    

Baş dövlət baytarlıq müfəttişi

 (dövlət baytarlıq müfəttişi)           _______________________

                                                                             (soyadı, adı, atasının adı)                          

 

 _____________________ 

                  (imza)

 

M. Y.

Qeydlər:

  1.  Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.
  2.  Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə  şikayət verilə bilər.

 

 

 

 

 

14 Oktyabr 2018 20:02 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin