Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Odlar Yurdu”: startda ikiqat qələbə

“Odlar Yurdu”: startda ikiqat qələbə

Azərbaycanın “Odlar Yurdu” komandaları Yunanıstanın Porto-Karras şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kuboku turnirinə ikiqat qələbə ilə başlamışlar.
Kişi qrossmeysterlərimizin komandası start turunda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasovdan ibarət heyətlə Finlandiyanın “Komeon” klubuna 6:0 hesabı ilə qalib gəlmiş, “Odlar Yurdu”nun qadın şahmatçıları Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva isə Sloveniyanın “Maribor” komandası üzərində qələbə qazanmışlar–3:1.
Qeyd edək ki, yeddi turdan ibarət kubok yarışında medallar uğrunda 62 kişi və 12 qadın komandası mübarizə aparır. Kişi komandaları səkkiz oyunçudan (altı əsas və iki ehtiyat), qadın kollektivləri isə beş nəfərdən (4+1) ibarətdir. 
Hər iki turnirdə qalib və mükafatçılar oktyabrın 18-də məlum olacaq. Dünən axşam rəqib komandalar ikinci turun görüşlərində qarşılaşmışlar. 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

13 Oktyabr 2018 21:01 - İDMAN
İDMAN
8 Noyabr 2019 | 23:15
Benzema Messiyə çatdı
8 Noyabr 2019 | 00:53
Ronaldo Maldiniyə çatdı
6 Noyabr 2019 | 22:52
Salah üçün 130 milyon avro
30 Oktyabr 2019 | 20:51
Əfsanələr qarşılaşacaq

Köhnə versiyamızdan xəbərləri izlə