Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağır atletikada gümüş medal

Ağır atletikada gümüş medal

Azərbaycan idmançıları Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında dördüncü medal qazanmışlar. Ağırlıqqaldıran Tərmenxan Babayev (85 kq) olimpiadanın gümüş mükafatçısı olmuşdur. 
İdmançımız iki hərəkətin cəmində 316 kq nəticə göstərmişdir. O, birdən 142, təkanla 174 kq ağırlıq qaldırmışdır. 
Xatırladaq ki, bundan əvvəl Azərbaycan nümayəndələri Buenos-Ayresdə üç medala sahib olmuşlar. Cüdoçu Vüqar Talıbov (66 kq) və gimnast Yelizaveta Luzan qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc mükafat qazanmışlar. 
Aregentina paytaxtında yeniyetmələrin olimpiya startları davam edir.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

13 Oktyabr 2018 21:00 - İDMAN
İDMAN
22 Noyabr 2019 | 09:45
Skolariyə təklif göndərilib
20 Noyabr 2019 | 23:39
Mourinyo “Tottenhem”də

Köhnə versiyamızdan xəbərləri izlə