Ən son xəbərlər
Tenderin predmeti:
“SƏLİS- Mobil tətbiqetmə” xidmətinə dair proqramın yaradılmasının satın alınması.
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq etender.gov. az elektron portalı vasitəsilə həyata keçirilir.
Əlaqələndirici şəxs- Sevinc İsgəndərova.
Tel-493-17-80 (307) .
E-mail: [email protected]
Ünvan-Bakı şəhəri, F.Əmirov küçəsi 1.
Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunub. Maraqlananlar əsas şərtlər toplusunu 200 manat məbləğdə iştirak haqqını ödədikdən sonra etender.gov.az elektron portalı vasitəsilə əldə edə bilərlər.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
VÖEN- 1301696511
H/h- AZ78CTRE00000000000005418301
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN: 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
BTK- 142340
BSK- 7
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün 28 oktyabr 2020-ci il saat 10.00-a qədər aşağıdakı sənədləri etender.gov. az elektron portalı vasitəsilə təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- analoji sahədə təcrübə;
- işçi sayı haqqında arayış.
Bundan əlavə, tender təklifi və bank təminatı 5 noyabr 2020-ci il saat 10.00-a qədər təqdim olunmalıdır. Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı verilməlidir. Bank təminatı tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü çox olmalıdır.
Təklif zərflərinin açılışı 6 noyabr 2020-ci il saat 10.00-da elektron portal vasitəsilə həyata keçiriləcəkdir.
Köhnə versiyamızdan xəbərləri izlə