Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən görüntülər

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər yayılıb.

Görüntülərdə Azərbaycan Silahlı Qüvvələri hərbçilərinin artıq həmin ərazilərdə möhkənləndiyi əks olunub.

Kadrlardan görünür ki, ərazilərdə məhv edilən düşmənin xeyli sayda texnikası, silah-sursatı qalıb.

Hazırda Azərbaycan Ordusu işğal altındakı digər ərazilərin azad edilməsi istiqamətində əməliyyatları davam etdirir.

Xatırladaq ki, uğulu əks-hücum nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad olunub. Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək, bir sıra strateji yüksəkliklər nəzarətə götürülüb.

1 Oktyabr 2020 17:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə