Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabiq səfir: Münaqişənin yeganə həlli yolu Qarabağın və ətraf rayonların Azərbaycana qaytarılmasıdır

Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Qarabağ və ətraf  7 rayonun Azərbaycana qaytarılmasıdır.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin "Facebook" səhifəsində yazıb ki, beynəlxalq hüquq normalarına əsasən, Ermənistan tərəfindən Dağlıq Qarabağın rəsmən tanınması mümkün deyil. Buna görə də bu işğalçılıq uzun müddət davam edə bilməz.

Pakayin əlavə edib ki, indiyədək müxtəlif dairələr tərəfindən münaqişənin həllinə dair vasitəçilik missiyaları müsbət nəticəyə verməyib: "Unutmayaq ki, İran ərazisi İraq tərəfindən işğal olunduğu zaman ölkəmiz işğalın davam etdiyi müddətdə işğalçı tərəflə müzakirəni qəbul etməyəcəyini israrla bəyan edirdi" .

Keçmiş səfir qeyd edib ki, hazırda da Azərbaycan dövləti işğal olunmuş ərazilərin azad edilməsini müzakirələrin ilkin şərti olaraq vurğulayır.

1 Oktyabr 2020 17:24 -

Köhnə versiyamızdan xəbərləri izlə