Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oktyabrın 2-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz  22-25, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz  olacaq. 

Oktyabrın 2-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir  duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 13-18, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz  9-13 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

1 Oktyabr 2020 15:16 - EKOLOGİYA
EKOLOGİYA
2 Sentyabr 2020 | 16:19
Sentyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə