Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rostovda qum fırtınası

Quraqlıq və güclü külək Rusiyanın Rostov vilayətinə qum fırtınası gətirib. Bu, son 10 ildə ən güclü qum fırtınasıdır. Görünüş praktiki olaraq sıfıra enib. Xeyli avtoqəzalar baş verib. Ölənlər və xəsarət alanlar var. Atmosfer havası xeyli çirklənib.

Vilayətdə küləyin sürəti saniyədə 24 metrə çatır. Vilayətin Baqayevsk rayonunda güclü külək ağacları və elektrik dirəklərini aşırıb. İki nəfər həlak olub. Xeyli avtomobilə ciddi ziyan dəyib.”Platov” aeroportunda reyslər təxirə salınıb.

Quraqlıq və güclü külək nəticəsində meşələrdə yanğın başlayıb.  Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər, yanğınsöndürənlər və həkimlər iş başındadırlar.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

1 Oktyabr 2020 15:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə