Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti: Ermənistan hakimiyyətini Türkiyəyə böhtan atmaq cəhdləri də xilas etməyəcək

Bölgədə uzunmüddətli sülhün yaranmasının yolu Ermənistanın işğal etdiyi  hər qarış Azərbaycan torpaqlarından çəkilməsidir.

Anadolu Ajans bildirir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında bildirib.

Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyən dövlət başçısı deyib: “Türkiyə olaraq bir millət, iki dövlət kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza bütün imkanlarımızla və qəlbimizin hökmü ilə dəstəyimizi davam etdirəcəyik”.

Dövlət başçısı Ermənistana dəstək olanları da qınayıb: "Bu yaramaz dövlətə (Ermənistan) dəstək olanları insanlığın ortaq vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm".

 

1 Oktyabr 2020 16:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə