Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız öz prezidentinin yanındadır

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda qələbəyə böyük inam yaradaraq döyüş ruhunun yüksəlməsinə səbəb olmuşdur. Bu haqq yolunda bütün Azərbaycan xalqı, o cümlədən ziyalılar  Prezident İlham Əliyevin yanındadır.

Prezidentin də dediyi kimi, bizim uğurlu əks-hücum əməliyyatımız 30 illik işğala son qoyacaq. Prezident və xalq arasında olan sarsılmaz birlik Dağlıq Qarabağın tam azadlığını təmin edəcək. Belə tarixi bir məqamda prezidentimizin və xalqımızın yanında olmayan siyasi partiyaların mövqeyi təəccüb və təəssüf hissi doğurur.

Ölkə başçısının düşünülmüş siyasəti və cəsarətli mövqeyi düşməndə qorxu, hər bir Azərbaycan vətandaşında isə inanılmaz qürur hissi yaradır. Azərbaycanımızın cənab prezidentin müdrik rəhbərliyi sayəsində əldə etdiyi qələbələr, ölkəmizin dünya arenasında artan nüfuzu, ordumuzun hər an yüksələn döyüşkənlik və vətənpərvərlik ruhu erməni faşist rejiminə ağır zərbə vurmaqda davam edir. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
dekanı, dosent Tofiq Osmanov

 

1 Oktyabr 2020 16:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə