Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğalçı erməni hərbçiləri cəbhənin Füzuli istiqamətində döyüş mövqelərindən geri çəkilirlər

Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına davam gətirməyən işğalçı erməni hərbçiləri vahimə içərisində geri çəkilirlər.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan əsgərindən qorxan düşmən hərbi texnikaları ilə yanaşı, şəxsi sənədlərini, o cümlədən hərbi biletlərini və digər əşyalarını da ataraq qaçırlar.

AZƏRTAC cəbhənin Füzuli istiqamətində məhv edilən, eləcə də döyüş mövqelərindən qaçan erməni əsgərlərinə məxsus bəzi sənədlərin fotolarını təqdim edib.

1 Oktyabr 2020 16:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə