Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Al Jazeera” telekanalı: İranın Prezident Administrasiyasının rəhbəri ölkəsinin Ermənistana silah və hərbi texnika göndərməsi barədə yayılan xəbərləri təkzib edib

“Al Jazeera” telekanalının saytında İranın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı ölkənin yüksək səviyyəli rəsmisinin fikirlərinin yer aldığı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaeziyə istinadla rəsmi Tehranın həmişə qonşu Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və ona hörmət etdiyi bildirilir. İran rəsmisi ölkəsinin Ermənistana silah və hərbi texnika göndərməsi barədə yayılan xəbərləri də təkzib edib. O əlavə edib ki, bu, İranla Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək üçün yayılan tamamilə əsassız şayiələrdir.

Yazıda, həmçinin İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin bu mövzuda yayılan xəbərləri təkzib edərək, İran İslam Respublikasının heç zaman öz torpaqlarından silah və sursat daşımaq üçün istifadə edilməsinə icazə verməyəcəyi ilə bağlı fikirləri yer alıb.

1 Oktyabr 2020 15:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə