Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Fransadakı səfiri “France 24” telekanalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbindən danışıb

Münaqişə bölgəsində heç bir xarici qüvvə yoxdur. Qonşu dövlətlərdən - nə Türkiyə, nə Rusiya, nə də İrandan Azərbaycana heç bir kömək gəlməyib. Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda mübarizə aparır və ərazilərimiz azad ediləcək.

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “France 24” telekanalına müsahibəsində bildirib.

Səfir qeyd edib ki, Türkiyə tərəfdaş qismində Azərbaycana mənəvi, siyasi və diplomatik dəstəyini nümayiş etdirir. Kipr və Yunanıstan isə Ermənistana öz dəstəyini göstərir.

“Dünən səfirliyimizin binası yaxınlığında bir neçə yüz erməni toplaşmışdı. Onların arasında Ermənistana dəstək göstərən fransız deputatlar da var idi. Ancaq biz bununla bağlı problem yaratmırıq, nota vermədik”

Bunu eynilə Türkiyə üçün də deyə bilərik. Türkiyə BMT Təhlükəsizlik Şurasının Nizamnaməsinə uyğun hərəkət edir, ondan kənar nəsə deməyib. Bu, bizim suverenliyimizə, müstəqilliyimizə hörmətdir”, -deyə diplomat vurğulayıb.

Minsk qrupunun münaqişə ilə bağlı fəaliyyətinə toxunan R.Mustafayev bildirib: “Minsk qrupuna gəldikdə, ümid edirik ki, həmsədr ölkələr - Rusiya, Fransa və ABŞ üzərilərinə düşən işi yerinə yetirəcəklər”.

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbi işğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazisində mövcudluğudur. Azərbaycanın, eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin əsas tələbi Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasıdır.

Rusiya ilə münasibətlərdən bəhs edən səfir bildirib ki, o, ölkəmizin təkcə qonşusu deyil, həmçinin strateji tərəfdaşı və müttəfiqidir. Rusiya regionda balanslı siyasət aparır.

R.Mustafayev bildirib ki, Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları iyul ayında Tovuz istiqamətində törədilmiş təxribatların nəticəsidir.

1 Oktyabr 2020 12:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə