Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin daha bir texnikası ələ keçirilib

Ermənilərin daha bir texnikası ələ keçirilib.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar. Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını – URAL markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.

Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl düşmənin 1 URAL və 1 UAZ markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

1 Oktyabr 2020 12:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə