Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi düşmənin səhər saatlarında məhv edilən hərbi texnikalarının videogörüntülərini paylaşıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin səhər saatlarında məhv edilən hərbi texnikalarının videogörüntülərini paylaşıb. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.
Xatırladaq ki, sentyabrın 27-dən dünən səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, ­130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tank əleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocalı rayonunun Şuşakənd ərazisində düşmənin 
1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

1 Oktyabr 2020 00:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə