Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik

Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, ­1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu, ilk növbədə, Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir.
Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür.

1 Oktyabr 2020 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə