Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tanınmış Ukrayna yazıçısı: "Dağlıq Qarabağ üzərində yenə də Azərbaycan bayrağının ucaldılacağına inanıram"

Ukraynanın tanınmış yazıçılarından olan Qriqori Camal oğlu Hüseynov Ukrayna Taras Şevçenko Milli Mükafatının laureatıdır. Bu yaxınlarda 70 yaşını qeyd etmiş soydaşımız nəşrə hazırladığı yeni kitabında uşaqlıq, o cümlədən Azərbaycanın Gəncə şəhərindən olan atası haqqında xatirələrini təqdim edib.

“Yetmiş yaşına çatan bir adam üçün ən birinci məsələ sağlamlıqdır. Əlbəttə ki, yaxınların, doğmaların səndən bezməmələridir. Ancaq çoxumuz eqoist olduğumuzdan belə mətləbləri o qədər də anlamırıq. Bizə elə gəlir ki, diqqət və qayğını bizdən əsirgəyirlər. Şükür ki, mən hələ saatlarla yazı masası arxasında otura bilirəm, eynək taxmıram, hafizəm də yerindədir, üstəlik, süjet sarıdan da korluq çəkmirəm. Heyf ki, bu koronavirus üzündən nəşriyyatların iş ahəngi pozuldu. İndi əlimdə nəşrə tam hazır dörd kitab var, beşincisini də bitirmək üzrəyəm. “Stansiya əhvalatları” adlı povestimin birinci nəşrindən üç dəfə böyük olan üçüncü nəşridir. Orada bütün hadisələr çöldəki bir dəmir yolu stansiyasında yaşayan birinci sinif şagirdinin ömrünün bircə gününə sığışır. Yəni səhər uşaq məktəbə getməyə hazırlaşması ilə hekayə başlayıb gecə vaxtı başa çatır. Bu əsər ilk dəfə otuz il bundan əvvəl işıq üzü görəndə geniş şöhrət tapdım. İkinci nəşrinin rəssamı olan bir xanım eynilə mənim kimi ata tərəfdən azərbaycanlı, ana tərəfdən ukraynalıdır—deyə, yazıçı bildirmişdir.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 Oktyabr 2020 11:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə