Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Röyters Agentliyi: Prezident İlham Əliyev: Ermənistan hərbi qüvvələri dərhal torpaqlarımızı tərk etsələr, döyüşlər dayandırılacaq

Röyters Agentliyinin saytında Ermənistan Azərbaycan müharibəsi, Dağlıq Qarabağda baş verən döyüşlər haqqında yazı  dərc olunub. Məqalədə qeyd olunur ki,  Sovet İttifaqının dağılmasından qalma “dondurulmuş münaqişələr” dən birinin yenidən püskürməsi Cənubi Qafqazda sabitlik, dünya bazarlarına neft və qaz nəql edən boru kəmərləri dəhlizi ilə bağlı narahatlıqları və regional güclərin Rusiya qorxusunu artırdı. 

Yazıda azərbaycanlı mülki əhalinin Tərtər rayon sakinkərinin erməni mərmilərinə tuş gəlməsi, evlərin, binaların dağıdılması, həmçinin Azərbaycan qüvvələrinin düşmənin mövqelərini raketlərdən yaylım atəşinə tutması göstərilir. Türkiyənin NATO müttəfiqlərinin, Ankaranın Azərbaycana dəstəyindən narahatçılıq keçirdiyi bildirilir:" Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Prezident Tayyib Ərdoğanın sözlərini təkrarlayaraq, çərşənbə günü Türkiyənin, Azərbaycan istəsə, Ankaraya hərbi dəstək təklif edib etməyəcəyini soruşduqda Türkiyənin "lazım olanı edəcəyini" söylədi".

Daha sonra Azərbaycan Prezidentinin Türkiyənin dəstəyinə münasibəti əks olunur : "Azərbaycan Prezidenti İlham Əliyev  Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür etdi, lakin ölkəsinin hərbi yardıma ehtiyac olmadığını bildirdi. Erməni qüvvələri dərhal “torpaqlarımızı tərk etsələr”, döyüşlər dayandırılacaq.

"Xalq" qəzeti

 

1 Oktyabr 2020 11:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə