Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan cinayətkar məhbusları Qarabağa döyüşə göndərib

Cəbhədə ağır itkilər verən Ermənistan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dayandırmaq üçün cəzaçəkmə müəssisələrindəki məhkumları da döyüşlərə göndərir.

Ermənistan mediasından agötürülmüş xəbərdə bildirilir artıq 100-dən artıq məhbus cəzalarının bağışlanması qarşılığında Qarabağa göndərilib. Canilər təmas xəttinin müxtəlif istiqamətlərində yerləşdiriliblər.

Onların “Nubaraşen”, “Vanadzor” və “Armavir” həbsxanalarında cəza çəkən məhbuslar olduğu bildirilib.  

Ermənistanın Pentensiar Xidməti Müdafiə Nazirliyi ilə məsləhətləşərək məhkumları ən çox ehtiyac yaranan döyüş mövqelərində yerləşdirir. Proses məxfilik şəraitində həyata keçirilsə də, bəzi məhkumların yaxınları bundan xəbər tutaraq ombudsmana şikayət edib.   

Görəsən, ağır itkilər verərək panikaya düşmüş erməni ordusuna 100 nəfər cani hansı üstünlük gətirəcək.

R.TAHİR,
“Xalq qəzeti”

1 Oktyabr 2020 10:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə