Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa etdi

Ulu öndərin ideyalarıni səbrlə, təmkinlə həyata keçirən,  xalqımızın ən böyük problemi  olan Qarabağımızin işğal altında olan ərazilərini murdar, nankor, satqın və yaltaq məxluqlardan təmizləmək istiqamətində əl-ələ verib mübarizəni ön  plana çəkiblər və dünya miqyasında əsil həqiqətləri vaxtaşırı bəyan ediblər. Bir sözlə bu problemin həllində çox səbrlə, siyasi uzaqgörənliklə hərəkət ediblər. Problemin həllinin ən düzgun yolunu seçiblər. Həyata keçirdikləri layihələrlə Azərbaycanımızı dünyaya tanıdıblar. Ölkəmizin istər iqtisadi, mədəni, istərsə də digər sahələrdə əldə olunmuş möhtəşəm nailiyyətləri göz qabağındadır. Müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə mövqeyinin  güclənməsi vətənpərvər insanların qürur mənbəyinə çevrilməsinə səbəb olmuşdur.

Bütün dünya ictimaiyyəti  bilir ki,  bizim yolumuz haqq yoludur.  Nankor erməniulərin özləri də bunu yaxşı bilir, amma kökləri olmayan bir xalq kimi,  harda onlara üz veriblər, oranı özəlləşdiriblər. Bu xüsusuiyyət onların qanındadır və bunun sübutu çoxdur. Bunu sərsəm bəyanatları ilə diqqəti cəlb edən Ermənistanın baş naziri  Nikol  Paşinyan da etiraf etdi: “Yeni ərazilər uğrunda yeni mübarizəyə başlayacağiq”- deyərək siyasət aləmində piyada olduğunu təsdiqlədi. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu bu cür sarsaq  sayıqlamalara layeqed yanaşır.

30 ildir biz haqqı - ədaləti gözləyirdik. Bu gün müstəqil Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasındadır.  Təbii ki,  bu uğurları gözü götürməyənlər də var. Bizim mübarizəmiz haqq uğrundadır. 30 ildir ki, işğal altında inildəyən torpaqlarımız öz yiyəsinin yolunu gözləyirdi...

Prezident İlham Əliyev BMT – nin  75  illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda dünya ictimayətinə Ermənistanın gözlənilən təxribatları barədə ətraflı məlumatları çatdırdı və bir daha bildirdiki, BMT - nin və digər  beynəlxalq təşkilatlarin qətnamələrini işğalçı  Ermənistan saya salmır, yeni ərazilərimizi tutmaq iştahası ilə səhər saat atəşkəsi pozaraq öz torpağımızda  mulki insanlara qarşı qəddarlığı və terror aktı  Azərbaycan xalqının səbr kasasının daşmasına səbəb oldu. Nəticədə Nikol Paşinyan xalqını geniş miqyaslı qanlı savaşa sürüklədi.

Sentyabrın 29-da “Rossiya – 1” telekanalında yayımlanan  “ 60 dəqiqə” proqramında onunla müqayisə belə olunmaz Prezidentimiz İlham Əliyev  Nikol Paşinyanı yenidən  çox pis vəziyyətə saldı, bir daha nun iç üzünü açdi. Dünya onun bir daha  gülünc vəziyyətə düşdüyünün şahidi oldu. Özünə hörmət edən dövlət başçıları işğalçı ölkənin rəhbərini  gərək heç yaxına buraxmasınlar. Ən əsasl  ona görə ki, Paşinyan yalançı, yaltaq  və faşizm ideologoyasının tərəfdarı kimi özunu dunya miqyasında məşhurlaşdırıb. Azərbaycanın dilbər güşəsi olan Pənahabadda (Şuşada) şənliklər təşkil etməsi, yallı getməsi onun  səviyyəsizliyini, qeyri –ciddiliyini və faşist xislətini bir daha təsdiqlədi.

Möhtərəm Prezidentimiz bildirdi ki, son iki il ərzində Ermənistanın  atəşkəs rejimini pozması Azərbaycan ərazilərində təxribatlar törətməsi mütəmadi xarakter alıb. İyul ayının 12- 16- da Azərbaycanın Tovuz rayonu sərhədini artilleriyadan atəşə tutan, hərbçiləri, mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrini yarasız hala salan işğalçı ordu darmadağın edildikdən bir müddət sonra yenidən baş qaldırıb. Bu dəfə genişmiqyaslı hücuma keçərək artıq təxribat törətmək yox, müharibə aparır.

Dövlət başçımız həmçinin  işğal altında olan Azərbaycan ərazilərində qeyri- qanuni məskunlaşma barədə də məlumat verid. Bildirdi ki, Erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırırlar. Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirdilər.

Erməni tərəfi yalan xəbərlər yaratmaqla öz ərazi bütövlüyünün bərpası vəzifəsini şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin münaqişənin genişləndiyi, ona üçüncü ölkələrin qoşulduğu rəyini formalaşdırmaq və öz təxribatına haqq qazandırmaq məqsədi güdür. Prezident İlham Əliyev Ermənistan təbliğatının iç üzünü açdı, bu ölkə tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi:

Tarixi faktlar da təsdiqləyir ki, Qarabağ qədim və əzəli Azərbaycan ərazisidir. Bu qədim diyarın tarixi şox qədimdir, 1750-ci ildə Qarabağ xanı  Pənahəli xan Cavanşir bu diyarda çox mühüm hərbi strateji mövqeni nəzərə alaraq, ətrafda müdafiə divarı çəkdirmişdi və abadlaşma işləri aparmışdı. Qarabağ xalığının mərkəzi olan bu diyar Pənahəli xanın şərəfinə Pənahabad adlandırılmışdı. O vaxtlar  Azərbaycanın heç bir bölgəsində bir nəfər də olsun erməni olmamışdı. Təxmimən 100 il sonra İrandan qovulan ermənilər Naxçıvana və Qarabağa yerləşdirilmişdi. Tarixi faktlar da təsdiqləyir ki, Qarabağ qədim və əzəli Azərbaycan ərazisidir.

İnanırıq  ki, 2020- ci ildə tariximizə qızıl hərflərlə həkk olunacaq.

Tamilla NAİBOVA,
Azərbaycan  Dövlət Neft və Sənaye Universitetinin  dosenti, kimya üzrə fəlsəfə doktoru   

1 Oktyabr 2020 10:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə